Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

Azərbaycanın sərhəd buraxılış məntəqəsində insident

Pasportu cırılan vətəndaşın halı pisləşdi

Biləsuvar Sərhəd Buraxılış Məntəqəsində işçilə sərnişin arasında insident yaşanıb.

Hadisə bu gün günorta saatlarında sərhəd nuraxılış məntəqəsinin Azərbaycan tərəfində baş verib.

Belə ki, Cəlilabad sakini 1957-ci il təvəllüdlü Qızqayıt Qəhrəman qızı Aslanov İran tərəfindən Azərbaycan tərəfinə keçmək istəyərəkən buraxılış məntəqəsinin işçisilə yük üstündə mübahisə edib. Baş verən mübahisə fonunda vətəndaşın pasportun yoxlayan həmin şəxs Qızqayıt Aslanovanın pasportunu çıraraq yararsız hala salıb. Vətəndaşın isə elə həmin yerdə qəfildən halı pisləşib. Qadın özündən gedib.

Hadisə yerinə Biləsuvar Təcili və Təxirəsalınmaz Tibib Yardım Stansiyasının əməkdaşları çağrılıb. Zərəçəkənin yaxınlarının sözlərinə görə, buraxılış mətnəqəsində neytral zonada qalan vətəndaşa yarım göstərmək üçün çağırılmış təcili yardım maşını sərhəddən içəri buraxılmayıb./ans/
1345 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber