Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

İraq ordusu İŞİD-i vurdu: 40 ölü

İraq Hərbi Hava Qüvvələri “İraq və Sam İslam Dövləti” terror təşkilatının yaraqlılarının işğaı etdiyi Bayci şəhərinə aviazərbələr endirib.

Salah-əd-Din vilayətinə endirilən aviazərbələr nəticəsində 19 nəfər ölüb, 17 nəfər isə yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Yerli rəhbərlərin verdiyi məlumata görə, aviazərbələr nəticəsində xəsarət alanlar arasında yerli sakinlərdə var.

Yerli İraq KİV-i isə avizərbələr nəticəsində 40 nəfər yaraqlı məhv edilib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir.

Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
1415 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber