Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

DÇ-2014: Günün qarşılaşmaları

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.
Bu gün daha 4 matç oynanılacaq.
Axşam saat 21:00-da "D" qrupunun iki oyunu keçiriləcək. 1/8 finalı özü üçün təmin edən Kosta Rika millisi mundialla vidalaşan İngiltərə ilə qarşılaşacaq. İtaliya və Uruqvay yığmaları isə 1/8 finala vəsiqə uğrunda ölüm-dirim mübarizəsi aparacaqlar. Növbəti mərhələyə vəsiqə əldə etmək üçün İtaliyanı bir xal da qane edir. Uruqvay isə mütləq qələbə qazanmalıdır.
Gecə saatlarında C qrupunun oyunlarına start veriləcək. 1/8 finala yüksəlmək şanslarını saxlayan Yunanıstan və Fil Dişi Sahili yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qrupdan çıxmaq üçün bu görüşdə Afrika təmsilçisini 1 xal qane etdiyi halda, Yunanıstan millisini yalnız qələbə qazanmalıdır.
Digər qarşılaşmada Yaponiya Kolumbiya millisi ilə üz-üzə gələcək. Artıq 1/8 finala vəsiqəni təmin edən Kolumbiya yığması üçün bu görüş formal xarakter daşıyacaq. Əvəzində mübarizəni davam etdirmək üçün bu oyunda yaponlar qalibiyyət üçün tər-tökməli olacaq. Fil Dişi Sahili yığması Yunanıstanla matçda 1 xal qazanacağı təqdirdə Yaponiya milisinin 1/8 finala çıxmaq şansı qalmayacaq. Hər iki komandanın 4 xalı olarsa, şəxsi görüşdə Afrika ölkəsinə uduzan yaponlar mundialda mübarizəni dayandıracaqlar.
1468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 1