Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2014

Öcalana azadlıq istəyərkən huşunu itirdi

Halı pisləşən millət vəkili xəstəxanaya çatdırıldı

Türkiyə Şırnak vilayətinin Silopi rayonunda keçirilən mitinqdə halı pisləşən millət vəkili, PKK terror təşkilatının siyasi təmsilçisi Pervin Buldan xəstəxanaya çatdırılıb.

Hadisə millət vəkilinin mitinqə çıxışı zamanı baş verib.

Məlumata görə, Pervin Buldan kürsüdə çıxış edərkən halı pisləşib və yerə yıxılıb.

Mitinq iştirakçılarının müdaxiləsi ilə özünə gələn Buldan təzyiqinin aşağı düşdüyünü deyib.

Buldan daha sonra həkim nəzarətindən keçmək üçün xəstəxanaya aparılıb.

Qeyd edək ki, Pervin Buldan Xalqın Demokratiya Partiyasının (HDP) sədr müavinidir və vaxtaşırı həbsdə olan terrorçu lider Abdullah Öcalanı ziyarət edən heyətin tərkibində yer alır.

Buldanın Öcalana azadlıq tələb etdiyi anda huşunu itirdiyi bildirilir./ans/
1403 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:10