Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2014

Dünya Çempionatı: Keçən günün nəticələri

Mundialın ikiqat qalibi Uruqvay dördqat dünya çempionu olan İtaliya üzərində 1:0 hesablı qələbə qazanaraq, D qrupunda ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, DÇ-nin 8/1 final mərhələsində Uruqvay yığması C qrupunun qalibi ilə qarşılaşacaq. Matç iyunun 29-da Rio de Janeyroda keçiriləcək.

D qrupu

İtaliya - Uruqvay - 0:1

Qol: Qodin, 81
Qırmızı vərəqə: Marçiso, 60

Kolumbiya millisinin yarımmüdafiəçisi Xuan Kuadrado hesabı 17-ci dəqiqədə penaltidən açıb.

Birinci hissənin son saniyələrində Yaponiya yığmasının hücumçusu Sindzi Okadzaki hesabı bərabərləşdirib.

İkinci hissə Kolumbiya yığmasının hesabı darmadağın həddinə çatdırması ilə yadda qalıb. 55-ci dəqiqədə Cekson Martines kolumbiyalıları hesabda irəli çıxarıb. O, 82-ci dəqiqədə dubla imza atıb.

Cekson Martines oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə özünün üçüncü, komandasının isə dördüncü qolunu vurub. Kolumbiya 4 - Yaponiya 1.

Qarşılaşmanın 85-ci dəqiqəsində kolumbiyalıların qapıçısı, vaxtilə Türkiyə "Qalatasaray"ının əfsanəvi heyətinin üzvü olmuş Fərid Mondraqon meydana çıxıb. Bununla da 43 yaşlı qapıçı dünya çempioanıtının ən yaşlı iştirakçısı olub.

Kolumbiya millisi qrup mərhələsini 9 xalla bitirib. Kolumbiyalılar 1/8 finalda Uruqvay yığması ilə qarşılaşacaqlar

25 iyun

C qrupu

Yaponiya - Kolumbiya - 1:4
Qollar: Okazaki, 45 - Quadrado, 17 (pen); Martines, 55; 82; Rodriqes, 90

İlk hissədə yunanların heyətində iki məcburi dəyişiklik olub. Panayotis Kone və qapıçı Orestis Karnezis oyunu yarımçıq tərk ediblər. Konenin yerinə meydana çıxan Andreas Samaris 43-cü dəqiqədə hesabı açıb.
Fil dişi sahili yığması hesabı ikinci hissədə bərabərləşdirdi. 74-cü dəqiqədə Vilfrid Boni Jervanyonun ötürməsindən sonra bərabərlik qolunu vurub.

Heç-heçə Fil dişi sahilini növbəti mərhələyə çıxarmağa kifayət edirdi. Lakin oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə yunan futbolçuya qarşı kobudluq penalti ilə nəticələnib. Georgios Samaras penaltini uğurla yerinə yetirib.

Bu qol Yunanıstan millisinə təkcə qələbə gətirmədi, həm də onu növbəti mərhələyə çıxarıb.

Yunanlar 1/8 finalda Kosta-Rika millisi ilə qarşılaşacaqlar.


1524 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...