Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2014

Zavodun ərazisi çökdü

İlkin ehtimala görə, hadisəyə səbəb su sızması olub

Bakıda, Bakıxanov qəsəbəsi ərazisində torpaq çöküb. Hadisə qəsəbədə yerləşən çörək zavodunun ərazisində baş verib.

Torpağın çökməsi nəticəsində zavodun girişində yerləşən təxminən 40 kvadrat metr sahəsi olan tikili də uçub və yarıya qədər torpağa girib.

İlkin ehtimala görə, hadisəyə səbəb su sızması olub. Belə ki, həmin ərazidən keçən boruda yaranan axıntı nəticəsində torpaq aşınıb və sonucda bu hadisə baş verib.

Hadisə yerində hazırda "Azərsu"nun əməkdaşları işləyirlər. Yaxınlıqdakı binaların su təchizatı dayandırılıb.

Xatırladaq ki, bir müddət əvvəl sözügedən zavodun direktoru elə həmin ərazidə, müəssisənin girişinin yaxınlığında çadır qurduraraq oğluna təmtəraqlı toy etmişdi./milliaz/
1387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:10