Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2014

Azərbaycandakı nurçular aksiyaya başladı- Foto

Azərbaycanda Özəl Türk Liseylərinin bağlanmasına dair qəbul edilmiş qərara bu tədris müəssisələrində təhsil alan şagirdlər özünəməxsus etiraz aksiyası təşkil ediblər.

Feysbuk sosial şəbəkəsində “Lisey uşağı” köynəyinin sifarişi” adlı səhifə yaradılıb. Əslində səhifə uzun müddətdir fəaliyyət göstərsə də, aktiv olmayıb. Lakin özəl türk liseylərinin bağlanması ilə səhifənin fəaliyyətini aktivləşdiriblər.Qısa zaman ərzində səhifəni artıq 7 min nəfər bəyənib. Aksiya təşkilatçıları dəyəri təqribən 8 manat olan köynəkləri satışa çıxarıblar. Köynəklərin üzrində “Lisey uşağı” sözləri yazılıb. Bu üsulla şagirdlər liseylərin bağlanmasına öz etirazlarını bildirirlər.
Qeyd edək ki, bağlanmış türk liseylərinin nurçuların lideri Fətullah Gülənə aid olduğu bildirilir.


1419 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber