Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2014

Azərbaycan-Rusiya-İran dəmir yolu xətti yekunlaşır

Azərbaycan-Rusiya-İran dəmir yolu xəttinin çəkilişi gələn ilin əvvəlində yekunlaşır
Rusiya Nəqliyyat nazirinin müavini Sergey Alekseyev söyləyib ki, bu sahədə olan çatışmazlıqlar müzakirə edilib

Azərbaycan-Rusiya-İran dəmir yolu xəttinin çəkilişi gələn ilin əvvəlində yekunlaşır. İnterAz xəbər verir ki, Rusiya Nəqliyyat nazirinin müavini Sergey Alekseyev söyləyib ki, bu sahədə olan çatışmazlıqlar müzakirə edilib.

"Azərbaycanla dəmiryolu vasitəsilə 4 milyon ton yük daşınır. Dəniz yolu ilə də daşınan yüklərin sayı az deyil. İndi isə hava yolu ilə yük daşınmasının daha da inkişafı üçün danışıqlar apardıq, bu danışıqlar nəticəsini verəcək. Eyni zamanda Azərbaycan-Rusiya-İran dəmir yolunun çəkilməsini müzakirə etdik. O ki qaldı aviareyslərə, bu gün bu sahədə inkişaf var. Gün ərzində Bakı-Moskva-Bakı reysi üzrə 9 uçuş həyata keçirilir. Bu sərnişinlərin rahatlığı və gərginliyinin azaldılması üçündür. Daha bir məqam isə Bakı-Astraxan hava nəqliyyatı yolunun bərpası ilə bağlıdır. Burada Rusiya tərəfdən heç bir problem yoxdur. Rəsmi Astraxan Azərbaycan Hava yolları ilə danışıqlara hazırdır".
1315 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber