Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2014

“Qaçqınkom”un işçisi məcburi köçkünün evini satıb

Xatirə Əliyeva: “Komitənin Füzuli rayon ərazi nümayəndəsi bizi evdən çıxarmaqla ikinci dəfə məhkumluq yaşatdı”

“Ev əşyalarımı, toyuq-cücəmi qonşunun həyətinə töküb Bakıya, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun qəbuluna gəlmişəm. Mən Dövlət Komitəsinin Füzuli rayon ərazi nümayəndəsi Ramil Hüseynovdan şikayətçiyəm”.
Bu sözləri Ağdam rayonundan məcburi köçkün Xatirə Əliyeva bildirdi. Onun həyat yoldaşı hərbçidir, o, hərbi xidməti Füzuli rayonunda keçdiyinə görə, bu rayonunun Aranqala qəsəbəsi 10, 460 nömrəli evdə kirayədə yaşayıb: “Ramil Hüseynov kirayə haqqı olaraq məndən 120 manat alırdı. Həmin evdə iki il kirayədə qaldım. Dövlət Komitəsinin Füzuli rayon ərazi nümayəndəsi Ramil Hüseynov xəbərdar etmədən bizi evdən çıxartdı. Bu bir işgəncə idi. Sanki ikinci dəfə məcburi köçkün olurdum. Ramil Hüseynov kirayədə qaldığımz məcburi köçkün üçün verilən mənzili satdı. Ev sahibinin işi Bakıda olduğundan paytaxtda yaşayırdı. Ramil Hüseynov məcburi köçkünün evini məcburi köçkünə satdı. Bu faktdır. Araşdıra bilərlər. Mənim dediklərimin şahidi olanlar da var”.
X.Əliyeva bildirir ki, Ə.Həsənəvun qəbulunda olaraq vətəndaş və məcburi köçkün olaraq pozulmuş hüquqları ilə bağlı narahatlığını bildirəcək, Ramil Hüseynovla bağlı şikayət edəcək.
Qeyd edək ki, Ramil Hüseynov Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti Füzuli rayon şöbəsinin keçmiş əməkdaşı olub. Burada işlədiyi müddətdə onunla bağlı mətbuatda şikayət məktubları dərc olunub./bizimyol/
1066 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi