Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2014

Nigeriya, yoxsa İran?

Futbol üzrə Dünya Çempionatında qrup mərhələsinin oyunları davam edir

Növbəti gündə daha dörd qarşılaşma keçiriləcək.

Maraqlı mübarizələrdən biri “F” qrupunda yaşanacaq. 1/8 final mərhələsi üçün yarışan Nigeriya və İran milliləri sərfəli nəticə əldə etməyə çalışacaqlar. Argentina ilə üz-üzə gələcək afrikalıları heç-heçə qane etdiyi halda, İran millisi mütləq qələbə qazanıb Nigeriyanın məğlubiyyət xəbərini gözləməyə məhkumdur.

Bu qrup üçün digər maraqlı bir məqam ondadır ki, pley-off vəsiqəsi püşklə müəyyən edilə bilər. Belə ki, Argentina Nigeriyanı 1-0 hesabı ilə üstələsə, İran isə eyni hesabla Bosniya Herseqovinanı məğlub etsə, “yaşıllar” və qardaş qonşularımız arasındakı seçim FİFA-nın püşkünə həvalə olunacaq. Çünki belə olan halda, şəxsi oyunla yanaşı, top fərqi də bərabər olacaq.

Günün digər oyunları “E” qrupunda baş tutacaq. Növbəti mərhələyə vəsiqəni təmin edən Fransa millisi Ekvadorla, İsveçrə isə Hondurasla üz-üzə gələcək. İki oyunun nəticəsindən asılı olaraq Fransanın ardından hansı komandanın 1/8 finala yüksələcəyi bilinəcək.

Günün proqramı:



“F” qrupu



21:00. Nigeriya – Argentina

“Estadio Beira-Rio”, Porto Aleqre.



21:00. Bosniya Herseqovina – İran

“Arena Fonte Nova”, Salvador.



“E” qrupu



01:00. Ekvador – Fransa

“Marakana”, Rio-de-Janeyro.



01:00. Honduras – İsveçrə

“Arena Amazonia”, Manaus.
1204 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi