Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2013

AIP həbs olunan dindarlarla bağlı bəyanat yayıb

Azərbaycan İslam Partiyası həbs olunan dindarlarla bağlı bəyanat yayıb
Azərbaycan İslam Partiyası Sabunçu Rayon Məhkəməsində ilahiyyatçı Tale Bağırovun işi üzrə keçirilən prosesə buraxılmayan dindarların həbsini pisləyən bəyanat verib.

Bəyanatda deyilir ki, məhkəmənin açıq keçirilməsinə baxmayaraq T.Bağırovun yaxınlarının və dindar təəssübkeşlərin məhkəmə zalına buraxılmaması qanun pozuntusudur.
Bu, polisin məhkəmənin gedişinə təzyiqidir və yolverilməzdir. Baş verənlər Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin qeyri-mövcudluğunu, hər bir ittiham olunan vətəndaşın taleyinin polis orqanlarına etibar olunması isə ölkənin polis rejimi vasitəsilə idarə edilməsini sübut edir.

Bu isə rüşvət və korrupsiyaya uğramış hüquq mühafizə orqanlarının vətəndaşla hakimiyyət arasındakı etimadın bərpa olunmasına, insanların təhlükəsiz yaşayış tərzinin yaradılmasına yenə də ciddi maneə törətdiyini göstərir.

Polisin insanlarla bu cür qəddarcasına rəftar etməsi dövlətçiliyi ağır zərbə altında qoyur. Belə neqativ halların aradan qaldırılması, həbs olunan və haqlarında qondarma ittihamlar səsləndirilən günahsız vətəndaşlar dərhal azadlığa buraxılmalı, günahkar polis əməkdaşları layiqli cəzalarına çatdırılmalıdır. Belə olayların təkrar olunmaması üçün hakimiyyəti təmsil edən məsul postlara təsadüfi yiyələnən hüquq mühafizə əməkdaşlarına qanunçuluq təlqin edilməli və belələri ilə mənəvi maarifləndirmə təlimləri aparılmalıdır./Islaminsesi.az
1716 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP