Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2014

İnsanın ağlını təsir edən tullantı qazları

Avtomobilin tullantı qazları və havanı çirkləndirən mənbələr yaşlı adamlarda koqnitiv proseslərin zəifləməsinə səbəb olur.
Rusiya mətbuatı bildirir ki, Andrusa genotologiya mərkəzi, Biodemoqrafiya və əhalinin sağlamlığı mərkəzi bu məsələni araşdırıblar. Bunun üçün 1986-cı ildən bəri toplanan informasiyalardan yararlanıblar.

Alimləri 2001-2002-ci illərdə 55 və daha yuxarı yaşı olan insanlar maraqlandırıb. 1990-cı illərin sonlarından etibarən iştirakçıların yaşadıqları ərazilərdə çirklənmə səviyyəsini öyrəniblər. Koqnitiv imkanlar yaddaş və riyaziyyat testləri ilə yoxlanılıb. Qiymət isə yol verilən səhvlərə görə hesablanıb.

Havada kiçik hissəciklərin 15 mikroqram və daha çox olan yerlərdə yaşayan adamların səhvləri daha çox olub. Havanı çirkləndirən hissələrin 5 mikroqramdan az olduğu yerlərdə yaşayan insanlar isə az səhvə yol veriblər.

Məlum olduğu kimi ölçüsü 2,5 mikron olan hissəciklər nəfəsə, ardınca isə qan dövranına keçə bilir. Ürək-damar sisteminə düşmüş hissəciklər insanın əqli xüsusiyyətlərinə də təsir edir.
1456 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı