Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2014

“ABŞ-ın birtərəfli sanksiyaları digər ölkələrin daxili işlərinə müdaxilədir”

İran XİN rəhbəri: “ABŞ-ın birtərəfli sanksiyaları digər ölkələrin daxili işlərinə müdaxilədir”

BMT Təhlükəsizlik Şurasının və ABŞ-ın İrana qarşı tətbiq etdiyi qanunsuz sanksiyalar zalımcasına və beynəlxalq qanunlara ziddir.

İRİB-in verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ-ın birtərəfli sanksiyaları qanunsuz olmaqla yanaşı, həmçinin digər ölkələrin daxili işlərinə müdaxilə mənasına da gəlir: “Artıq İrana təzyiq və sanksiyaların təkrarı və müzakirələrdən əvvəlki vəziyyətə qayıdılması qərblilər üçün mümkün deyil. Çünki beynəlxalq arenada yaranmış atmosfer nüvə müzakirələrində heç bir nəticə alınmasa belə ABŞ-ın sanksiya mühitini keçmişdə olduğu kimi qüvvəyə keçirməsinə uyğun zəmin hazırlamağa imkan verməyəcək. Bu gün dünya ictimaiyyəti İran xalqının sülh və dialoq tərəfdarı olduğunu görür. İran heç vaxt zorbalığa və təzyiqlərə boyun əyməyəcək”.

M.C.Zərif deyib ki, İranın “qırmızı xətləri” Ali Dini Lideri tərəfindən müəyyənləşdirilir: “Ona görə də İranla “altılıq” ölkələri arasında keçirilən nüvə müzakirələri detalları ilə Ali Dini Liderə hesabat şəklində təqdim edilir. İranın nüvə müzakirəçiləri üçün Ali Dini Liderin strateji siyasətinin tətbiq edilməsi mühüm vəzifədir”.
1224 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:33