Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2014

İraq Ordusu daha bir şəhəri İŞİD-dən geri aldı

İraq hərbi qüvvələri Beyci şəhərində nəzarəti bərpa edib.

İraq hərbi qüvvələri strateji əhəmiyyətə malik olan Beyci şəhəri üzərində nəzarəti yenidən bərpa edib. Bu barədə açıqlama verən hərbi qüvvələrin mətbuat katibi general leytnant Qasım Atta əl Musəvi bölgədəki İŞİD qüvvələrinin havadan endrilən zərbələr nəticəsində zərərsizləşdirildiyini qeyd edib.

İraq hərbi qüvvələri həmçinin Turaibil və əl-Valid məntəqələrini də silahlılardan təmizləyib. Kərkükdə isə silahlılar köçkün düşmüş ailələrə humanitar yardım aparan şəhər şurasının rəhbəri Munir əl-Qəfliyə öz avtomobilində hücum edərək öldürüblər.

İraqda yaşanan zorakılıqlar bu ölkəyə qonşu İranda etirazlara səbəb olub. Paytaxt Tehranda baş tutan aksiyaya on minlərlə insan qatılıb.

Etirazçılar İraqda yaşanan zorakılıqların Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən təhrik olunduğunu bildiriblər.
1334 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber