Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2014

Ruslar Putinin yenə prezident olmasını istəyir

Rusiya vətəndaşlarının üçdə ikisi hesab edir ki, Vladimir Putin onların maraqlarına cavab verir və buna görə də, 2018-ci ildən sonra da onun yenidən prezident olmasını istəyirlər.

Bu barədə İctimai Rəy Fondunun apardığı rəy sorğusu zamanı məlum olub.

“Bu gün Rusiya vətəndaşlarının 66 faizi Vladimir Putinin 2018-ci ildən sonra da prezident olmasını istəyirlər. 14 faizi isə onun əleyhinədir”, - deyə Fondun hesabatında bildirilib.

Rəyi soruşulanların əksəriyyəti Putinin Krım və Sevastopolun birləşdirməsini, Soçi Olimpiadasını keçirməsini və Ukraynaya qarşı yeritdiyi siyasətini bəyəndiklərini deyiblər.

Sorğu Rusiyanın 43 subyektini əhatə edən 18 yaşdan yuxarı vətəndaşlar arasında aparılıb.
1308 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı