Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2013

ORT kanalı”nda azərbaycanlılar təhqir olundu

Azərbaycan vətəndaşı 59 yaşlı Əlibəy Qurbanov, özündən 20 yaş cavan rus arvadı Marinanı necə aldadıb?

Həyat tərzi Rusiyanın “Birinci kanalı”nda Andrey Malaxovun aparıcı olduğu “Pust qovoryat” verilişində Azərbaycanı təhqir edən sujet yayımlanıb.

Sujetdə 59 yaşlı Əlibəy Qurbanov adlı azərbaycanlı ilə onun özündən 20 yaş cavan gənc arvadı, milliyətcə rus Marina adlı qadın arasında gedən qalmaqaldan bəhs edilir.

Göstərilir ki, Əlibəy Azərbaycanda evli ola-ola Marina ilə evlənib və təzə gəlinin ərinin ilk evliliyindən xəbəri olmayıb. Onların iki övladı olub. Uşaqlar bir qədər böyüdükdən sonra Əlibəy uşaqları analarının əlindən alaraq, Azərbaycana gətirir və birinci həyat yoldaşı Simaya təhvil verib.

Övladlarını itirən gənc ana “Pust qovoryat” verilişinə müraciət edərək, yardım istəyir. Sujetdə göstərilən qəribə hal budur ki, Əlibəyin birinci yoldaşı Sima, uşaqları öz övladları kimi qəbul edib və uşaqlar da onu “Ana” deyə çağırırlar.

O, verilişin Azərbaycana gəlmiş müxbirinə müsahibəsində deyir ki, onların evlənməyindən xəbəri olmayıb:

“Nəyi bilməliydim axı? Guya bilsəydim, yaxşı olmalıydı ki? Ərim bilirdi ki, mən bundan xəbər tutsam, yaxşı nəticə verməyəcək”.

Qadın bildirib ki, bu evlilikdən 10 il keçəndən sonra, yəni Əlibəy uşaqlarla evə dönəndə xəbər tutub.

Marina da, ərinin birinci evliliyindən sonradan xəbər tutduğunu deyir./ans/
1707 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber