Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2014

Xızıda dəhşətli şəkildə öldürülmüş qadın meyiti tapılıb

Tapılan meyitin qabırğaları, beyin sümüyü dəyənəklə sındırıldığı müəyyən dilib.
Xızı rayonunda tapılmış meyit dəhşətli cinayətdən xəbər verir. Meyitin qabırğaları, beyin sümüyü dəyənəklə sındırılıb. Təxminən 30-40 yaşlarında olan qadın meyiti Sitalçay kəndi ərazisində Samur-Abşeron kanalından tapılıb.
Şişmiş vəziyyətdə olan meyit kanaldakı su nasosunun dəmir süzgəcinə ilişərək qalıb. Sakinlər meyiti görüb polisə məlumat veriblər.
Xızı Rayon Polis İdarəsindən bildirildi ki, mərhumun təxminən bir həftə əvvəl döyülərək öldürüldüyü ehtimal olunur. Onun qabırğaları sınmış, bədəninin müxtəlif yerləri dəyənəklə əzilmiş, başı əzilmiş və qansızmalar var. Hazırda meyitin şəxsiyyəti müəyyənləşdirilir./milliaz/
1391 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42