Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2014

Misir metrosunda partlayış

Misirin paytaxtı Qahirədə dörd metro stansiyasında partlayış baş verib. Müxtəlif bölgələrdə baş verən partlayışlar dörd nəfərin ölümünə səbəb olub. Bu barədə Anadolu agentliyi xəbər verir.

Təhlükəsizlik qüvvələrindən verilən məlumata görə, Qahirənin şimalındakı Şubra əl-Haym metro stansiyasında naməlum şəxslər tərəfindən yerləşdirilən əl bombalarının partlayışı nəticəsində 2 nəfər yaralanıb.

Yaralananlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qahirənin şərqində olan Qamra, Hadaik əz-Zeytun və Kobrin əl-Qübbə metro stansiyalarında da əl bombaları ilə partlayış baş verib.

Kobrin əl-Qübbə metro stansiyasındakı partlayışda bir nəfər yaralanıb.



Digər tərəfdən, Misir dövlət televiziyası Qahirənin Misir əl-Cədidə hissəsindəki məhkəmə meydanında əl bombasının partlaması xəbərini yayıb. Nəticədə bir nəfərin yaralandığı bildirilir.
1369 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber