Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2013

Xalqın sərvətlərini amerikalılara kim paylayır?

Azərbaycanlı məmur övladları xalqın sərvətlərini amerikalılara niyə paylayır?

Oktyabrın 30-da Vaşinqtonda konqresmen və senatorların, Prezident Administrasiyasının, diplomatik korpus və beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə şam yeməyi olacaq. Tədbir Azərbaycan-Amerika Alyansı ictimai təşkilatı tərəfindən keçirilir. Təşkilat 2010-cu ildə yaradılıb. Quruma Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədov rəhbərlik edir.

500-ə yaxın qonağın iştirakı ilə şam yeməyi və konsert yarım milyona başa gələcək. Bu barədə Turan-a adının çəkilməsini istəməyən vaşinqtonlu lobbiçilərdən biri bildirib. Uzun illər Vaşinqtonda bu cür tədbirlərin keçirilməsində postsovet ölkələrin müştərilərinə yardım göstərən lobbiçi qeyd edib ki, belə tədbirlər adi tədbirlərdən çox bahadır.

“Avtoritar rejimlər yüksək vəzifəli rəsmi şəxslərin tədbirdə iştirak etməsi və bunların fotolarda əksini tapması üçün istənilən qədər pul ödəməyə hazırdırlar”, - o bildirib.

Bugünkü yeməyə onlarla amerikalı qanunverici dəvətlidir. Onların arasında senator və konqresmenlər var: Riçard Barr, Saksi Şamblis, Ted Koçran, Rocer Uiker, Cen Qrin, Rendi

Altqren, Robert Aderolt, Korni Braun, Luiz Qutieres, Corc Holdinq və başqaları var. Lakin onların heç biri tədbirdə iştirakı ilə bağlı şərh verməyib.

Azərbaycanda ən zəngin adamlardan birinin oğlu olan Anar Məmmədov son 5 ildə ABŞ-ın rəsmi şəxsləri ilə əlaqələrin qurulması üçün Vaşinqtonun Fabiani & Company lobbi qrupuna 5 mln. dollar (təkcə bu il 1,2 mln.) ödəyib. Bu barədə Turan-a ABŞ-ın Ədliyyə Nazirliyindən bildirilib.

Ötən ilədək Nümayəndələr Palatasının Avropa və Asiya üzrə alt komitəsinə rəhbərlik edən keçmiş konqresmen Dan Barton alyansın sədridir.

Ötən il bu cür şam yeməyində senatorlar Saksbi Şamblis və Riçard Barr, həmçinin Nümayəndələr Palatasının spikeri Con Boner və bir neçə konqresmen iştirak edib.

Turan-ın müxbirinin tədbirin təşkilatçıları ilə əlaqə yaratmaq və tədbirin maliyyə mənbəyini öyrənmək cəhdləri nəticə verməyib.

Lakin vaşinqtonlu müşahidəçilərdən biri belə tədbirləri şərh edərkən deyib ki, neft gəlirləri Azərbaycanın sıravi vətəndaşlarına məxsus olmalıdır, insan hüquqları və demokratiya ilə maraqlanmayan vaşinqtonlu qanunvericilərin cibinə getməməlidir.

Belə sual yaranır: oliqarxların övladlarına kim ixtiyar verib və nəyə əsasən onlar Azərbaycan xalqının adından çıxış edərək milyonları səpələyirlər, halbuki, Azərbaycanda ehtiyacı olanlar və aztəminatlı vətəndaşların sayı çoxdur.

“Əlbəttə, bu pulları götürmək ayıbdır. Ancaq bu cür tədbirin özü də heç nəyi həll etmir və ikitərəfli münasibətlərə təsir göstərmir”, - vaşinqtonlu mənbə deyib.

Qeyd edək ki, bugünkü tədbir rəsmi Bakının ABŞ-ı prezident seçkilərində İlham Əliyevin “parlaq” qələbəsinə kölgə salmaq cəhdində dəfələrlə ittiham etməsindən bir neçə gün sonra baş verir. Belə ki, Dövlət Departamenti seçkilərin beynəlxalq standartlara uyğun olmadığını tənqid etdikdən sonra Vaşinqtonda lobbi qrupları seçkilərin nəticələrinin legitim olduğunu bildirib. (Turan)
2028 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.1