Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2014

İŞİD Messini cihada çağırdı

Argentinalı futbolçuya qəribə "transfer təklifi"

Braziliyada davam edən Dünya Çempionatında Argentina- İran matçının son dəqiqiəsində vurduğu qolla komandasının matçı qazanmasına kömək edən Lionel Messiyə qəribə "transfer" təklifi gəlib.

Təklifin müəllifi İŞİD-dir.

"Barselona" və Argentina yığmasının ulduzunu Messini İrana qol vurmasından sonra təbrik edən İraq Şam İslam Dövləti onu cihada dəvət edib.

Cihada dəvət çağırışı terror təşkilatının tərəfdarı olan sosial media hesabından göndərilib. Çağırışda Messi İran yığmasının qapısından qol keçirdiyi üçün təbrik edilib.

"Əl Arabiya"nın məlumatına görə, ərəb dilində yayımlanan "Twitter" hesabından göndərilən mesajda belə deyilir: “İŞİD Messini atdığı qola görə təbrik edir. Onu Argentina "qollarının atası" və "Cənubi Amerikanın kralı" elan edir".
1660 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber