Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2014

Suaresi it yerinə qoydular

Luis Suaresi italiyalı müdafiəçini dişlədiyi üçün itə bənzətdilər

Dünya Çempionatının İtaliya - Uruqvay oyununda ikincilərin hücümçusu olan Luis Suaresin italiyalı müdafiəçini dişləməsi ilə bağlı müzakirələr sosial şəbəkədə də geniş yer alıb.

İnternet istifadəçiləri uruqvaylı futbolçunun bu hərəkətinə müxtəlif cür reaksiya veriblər. Onlardan bəziləri video-montaj, bəziləri isə fotoşop bacarığını işə salaraq onu vəhşi itə bənzədiblər. Daha sonra isə həmin şəkilləri internetdə, sosial şəbəkə saytlarında yayıblar. İnternet istifadəçilərinin hüdudsuz fantaziyalarının məhsulu olan bu "fotoşəkillər" çoxlarının marağına səbəb olub.

Qeyd edək ki, Uruqvay yığmasının hücumçusu Luis Suares İtaliya ilə oyunun sonunda müdafiəçi Ciorcio Kyellininin çiynini dişləyib. Bu isə onun ilk belə hərəkəti deyil.
1499 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber