Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2014

Oğlunu əsgər göndərən ana sosial yardıma möhtac qalıb

Aybəniz Vəliyevanın sosial yardım almaq üçün müraciət etmədiyi ünvan qalmayıb

Yeganə oğlunu cəmi üç aydır ki, əsgər göndərən ana indi problemlər məngənəsində itib batır.

Oğlu əsgər gedəndə ananın da qara günləri başlayıb. Deyir ailəni dolandıran oğlum idi. O, da indi yanımda olamadığından qalmışam ona-buna möhtac. Aybəniz ana 3 il bundan əvvəl həyat yoldaşını da itirib. İndi yeganə istəyi oğlu Namiq əsgərlikdən gələnə qədər salamat qalmaqdır. Oğlunu sağ-salamat bağrına basacağı günü səbirsizliklə gözləyir. Amma sağlamlığı ona möhlət vermir.

Aybəniz Vəliyeva deyir ki, 2 aydan bir müalicə almalıyam, qolun qalxmır, ürəyində isə ciddi problem var.

Ananın sosial yardım, eyni zamanda da təqaüd üçün müraciət etmədiyi ünvan da qalmayıb. Amma ona ürəkaçan bir cavab verilməyib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlikdən isə bildirdilər ki, xanım hələ təqaüd yaşına çatmadığından ona əmək pensiyası ayrıla bilməz. Əgər həqiqətən də sağlamlığında ciddi problem varsa, onda həkim komissiyasından keçərək əlillik dərəcəsi alsın. Məhz bundan sonra onun üçün hansısa, təqaüd nəzərdə tutula bilər. Eləcə də ünvanlı sosial yardım./ans/
1234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24