Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2014

Dünya Çempionatı: Keçən günün nəticələri

Argentina - Nigeriya - 3:2
Hakim Nikola Ritsoli idarə etdiyi Nigeriya – Argentina matçı “Beyra-Rio” stadionunda baş tutub. Oyun "F" qrupunun həm qrup liderliyi, həm də tərəflərin şəxsi görüşləri baxımından prinsipial olub. Qalib gələn tərəf 1/8 finala lider kimi yollanıb. Bu komanda Argentina millisi olub. Argentinalılar 3:2 hesabı ilə qalib gəliblər.

Hesabı 3-cü dəqiqdə Argentina yığması adından Messi vurub. Bu onun Dünya Çempionatında 3-cü qolu olub. 4-cü dəqiqədə nigeriyalı oyunçu Əhməd Musa Messinin qoluna cavab verib. Birincinin hissənin vaxtına əlavə edilmiş 2 dəqiqədə Messi 2-ci qolu vurub.

İkinci hissənin ilk dəqiqələrində Əhmed Musa oyunda ikinci qolunu ataraq hesabı bərabərləşdirib.
Oyunun 50-ci dəqiqəsində Argentina bir daha hesabda önə keçib. Qolu Roxo vurub. Oyunda başqa qol olmayıb və Argentina Nigeriyanı 3:2 hesabı ilə məğlub edib.

Bosniya-İran – 3:1
Bosniya və Herseqovina ilə İranın görüşü İslam aləmi üçün güclünü müəyyənləşdirmək baxımından maraqlı olub. Cənub qonşularımızın 1/8 final şansları qalsa da, onlar bu şansdan istifadə edə bilməyiblər. İran 3:1 hesabı ilə məğlub olaraq turniri sonuncu yerdə başa vurub.

Hesabı 23-cü dəqiqdə Bosniya və Herseqovina adından Dzeko açıb. Oyunda ikinci qolu da Bosniya və Herseqovina yığması vurub. 59-cu dəqiqədə Pyaniç komandasını ikinci qoluna imza atıb. 82-ci dəqiqdə İran fərqi birə endirib. Reza komandasının ilk və tək qolunu vurub. 83-cü dəqiqədə Bosniya və Herseqovina fərqi ikiyə çatdırıb. 3-cü qolun müəllifi Vrşajeviç olub.

Beləcə Dünya Çempionatına ilk dəfə qatılan Bosniya və Herseqovina, İranı 3-1 məğlub edib.

Ekvador-Fransa – 0:0
Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticə ilə Ekvador yığması dünya çempionatında mübarizəni dayandırıb. Fransa yığması isə qrup mərhələsini lider kimi başa vurub. Fransa növbəti mərhələdə Nigeriya millisi ilə qarşılaşacaq.

Məlumat üçün qeyd edək ki, “Marakana” stadionundakı oyun komandaların tarixində ikinci olub. Ekvador və Fransa ilk dəfə 2008-ci ilin mayında yoldaşlıq oyununda qarşılaşıblar. Həmin qarşılaşma Fransa millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Honduras-İsveçrə - 0:3
İsveçrə, Şakirinin qollarıyla matça sürətli bir başlanğıc edib.

İsveçrənin ulduz oyunçusu Şakiri 6-cı dəqiqdə komandasını önə keçirib. kinci qolun da müəllifi Şakiri olub. O topu Honduras qapıçısı Milad Valladaresin uzanamayacağı küncə göndərib.Oyunun 3-cü qolu da İsveçrədən gəlib. "het-trik"ə Şakiri imza atıb.

O bu qolla komandasına qələbə qazandırmaqla yanaşı, Dünya Çempionatı tarixində "het-trik"ə imza atan 50-ci futbolçu olub.
1614 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...