Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2014

Bakıda təmirinə 2 milyon dollar xərclənən məktəb sökülür

Paytaxtın mərkəzindəki nüfuzlu orta məktəblərindən biri olan 20 saylı məktəb sökülür.

Söküntü xəbərində maraqlı görünən təkcə bu təhsil müəssisəsinin daha da müasirləşdirilməsi və genişləndirilməsi deyil. Diqqəti çəkən əsas məqamlardan biri bu binanın 6 il əvvəl əsaslı təmirdən sonra açılışıdır.

Həmin tarixi, məktəbin görünüşünün dəyişdiyini yaddan çıxaran az olar. Bütün bu işlərə dövlət vəsaiti xərclənib. Elə sual doğuran da budur. Təmirindən 6 il keçməmiş onun sökülməsini zəruri edən səbəb nədir?

ANS TV-nin məlumatına görə, 1958-ci ildən istifadədəyə verilən və paytaxtın tanınan və sayılıb-seçilən məktəblərindən biri olan 20 saylı orta məktəbin sökülməsinə qərar verilib. Məktəbin 3 minə yaxın şagirdi isə paytaxtın bir neçə məktəbi arasında bölüşdürüləcək.
20 saylı məktəbin ibtidai siniflərində təhsil alan 1450 şagirdi 175 saylı məktəbə, yuxarı siniflərdə təhsil alanlar isə metronun “Gənclik” stansiyasının yaxınlığındakı 325 saylı məktəbə köçürüləcək.

Valideyn Mehriban Seyidəliyevanın sözlərinə görə, məktəbin sökülməsindən narazıdır: “Biz bu ərazidə yaşayırıq. Burdan uşağımızı "Gənclik"ə necə aparaq? Bizə çox çətinlik yaratdılar”.

Valideyn Cəmilə Həşimova: “Amma deyirlər ki, burada super bir məktəb olacaq”.
Məktəb binalarının dünya standartlarına çatdırılması təqdirəlayiq prosesdir. Amma ekspertlər bu sahədə mövcud sistemsizliyi qeyd ediblər. 20 saylı orta məktəb sonuncu dəfə 6 il öncə - 2008-ci ildə əsaslı təmir olunub və bu işə həmin dövrdə 1 milyon 600 min manat, yəni 2 milyon dollar xərclənib.

İqtisadçı-ekspert Vüqar Bayramov xatırladıb ki, dövlət qurumlarında təmir aparılarkən mütləq strateji planlaşdırma olmalıdır: “Yəni vəsait ayrılanda bilinməlidir ki, əgər bu məktəb bir neçə ildən sonra söküləcəkcə, o, əsaslı təmir olunmasın ki, vəsait havaya sovrulmasın. Bizdə problem ondadir ki, strateji planlaşdırma yoxdur. Bu səbəbdən də məktəb təmir olunur, sonra sökülür, vəsait də israf olunur”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məktəbin sökülməsinə belə münasibət bildirib: "20 saylı məktəb lisey kompleksi burda təhsil alanların tədris mühitinin daha da yaxşılaşdırılması məqsədilə söküləcək. Bu tədris ocağı yeni tələblərə cavab verən səviyyədə qurulacaq".

Şəhərsalma üzrə ekspertlər isə hesab edir ki, ölkə ərazisində tavanı uçan, döşəməsi yırtılan, divarı çat verən, bir sözlə, əsaslı təmirə ehtiyacı olan kifayət qədər məktəb varkən bu təhsil müəssisənin sökülərək yenidən tikilməsinə ehtiyac yoxdur.

Şəhərsalma üzrə ekspert Aytəkin İmranova: "Gözlə görünür ki, bu məktəb təmirlidir, qəzalı deyil. Yəni bunun sökülməsinə ehtiyac yoxdur. Əgər yaxşı və yüksək standartlara cavab verən məktəb tikmək istəyirlərsə, bunu başqa boş bir ərazidə etsinlər”.
Parlament prospekti, 9 ünvanındakı söküləcək 20 saylı məktəbin yerində yeni məktəb binasının inşası bir ilə başa gələcək. Yeni məktəb binasının 2015-ci tədris ilində şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulub./musavat/
1231 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:28
Tramp: "Rejim və hökum