Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2014

İlham Əliyev qədər toxunulmaz Əli Həsənov

Yaxud özünü müstəqil adlandıran KIV-lər şöbə müdiri barədə araşdırmanı niyə tirajlamağa cəsarət etmədi?

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun biznes şəbəkəsi barədə AzadlıqRadiosu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Təhqiqatları Layihəsinin təqdim etdiyi araşdırmanın bir neçə gün keçib. Amma hələ Əli Həsənovdan yazılanlara reaksiya gəlməyib. Görünür, Əli Həsənov deməyə söz tapmır. Əgər yazılanlarda zərrə qədər yanlışlıq olsaydı, şöbə müdiri heç şübhəsiz AzadlıqRadiosunu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Təhqiqatları Layihəsini topa tutardı.
Bu məsələdə maraqlı məqamlardan biri də araşdırmanı AzadlıqRadiosundan başqa yalnız “Azadlıq” qəzeti və “Turan” Informasiya Agentliyinin tirajlamasıdır. Özünə müstəqil deyən qəzetlər, saytlar, ifnormasiya agentlikləri isə nəinki araşdırmanı təqdim edib, heç bu barədə bir cümləlik xəbər verməyə cəsarət etməyiblər. Bu fakt bir daha göstərir ki, Azərbaycanda müstəqil mətbuat adına bir-iki media quruluşu fəaliyyət göstərir. Digərləri isə bu və ya digər formada hakimiyyətin nəzarətindədir. Eyni zamanda görünən odur ki, bu media quruluşları üçün Əli Həsənov ölkə başçısı Ilham Əliyev qədər toxunulmazdır. Hər halda həmin KIV-lərdə ara-sıra olsa da Əli Həsənovdan daha səlahiyyətli məmurlar barədə tənqidi materiallar dərc olunur. Bu bir daha göstərir ki, hakimiyyətə yaxın media quruluşlarının əhəmiyyətli hissəsi birbaşa Əli Həsənov tərəfindən idarə olunur və məqam düşəndə şöbə müdiri həmin KIV-lərdən qrup oyunlarında yararlanır./azadlıq/
1380 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi