Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2014

Azərbaycanda aksiya keçirən nurçulara yeni əmr

Xəbər verdiyimiz kimi, Azərbaycanda Özəl Türk Liseylərinin bağlanmasına dair qəbul edilmiş qərara bu tədris müəssisələrində təhsil alan şagirdlər “facebook” sosial şəbəkəsində etiraz aksiyası təşkil ediblər.

Bu aksiyanın mətbuatda işıqlandırılmasından bir gün sonra etiraz edənlər fəaliyyətlərini dayandırmaq qərarına gəlib.

Belə ki, bu barədə “Lisey uşağı” səhifəsinfə elan yerləşdirilib: “Əziz dostlar. Bəzi səbəblərə görə səhifəmizin fəaliyyətini dayandırmaq qərarına gəldik... Allah sizləri qorusun”.

Səhifənin nə üçün bağlanması barədə sual verən “facebook” istifadəçilərinə isə “Qorxumuzdan bağlamırıq, sayğımızdan bağlayırıq”, “Abilərimiz rica etdilər, biz də əməl edirik” kimi cavablar verilib

Qeyd edək ki, aksiya təşkilatçıları dəyəri təqribən 8 manat olan köynəkləri satışa çıxarıblar. Köynəklərin üzrində “Lisey uşağı” sözləri yazılıb. Bu üsulla şagirdlər liseylərin bağlanmasına öz etirazlarını bildirirdilər.

Qeyd edək ki, bağlanmış türk liseyləri nurçuların lideri Fətullah Gülənə məxsusdur./qafqazinfo/
1214 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber