Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2014

Pərviz Həşimli cibinə narkotik atılmasından qorxur

Həbsdəki jurnalistə qarşı münasibət pisləşib
Jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin barəsindəki hökmdən verilmiş apelyasiya şikayəti icraata qəbul olunub. 30 iyun saat 11.30-da Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçiriləcək.


Qeyd edək ki, vəkil Elçin Sadıqov tərəfindən Bakı Apelyasiya Məhkəməsinə təqdim edilmiş şikayətdə Pərviz Həşimli barəsində çıxarılmış hökmün ləğv edilməsi və bəraət verilməsini istəyib.

Bununla yanaşı, P.Həşimli ombudsman Elmira Süleymanovaya müraciət edib. Bu barədə jurnalistin vəkili Bəhruz Bayramov məlumat verib: “Pərvizin yanından indi çıxmışam. Onun son olayadək saxlanma şəraitindən heç bir narazılığı olmayıb. Ona ailəsi ilə telefon əlaqəsi saxlamaq imkanı verilib. Şüşə arxasından olsa da ailə üzvləri ilə görüşmək üçün şərait yaradılıb. Lakin vəziyyət P.Həşimli ”Mediaforum" saytına müsahibə verdikdən sonra dəyişib. Ondan nə üçün belə bir müsahibə verməsi ilə bağlı izahat alınıb. Daha sonra isə onu 6 günlük “kars”a salıblar. P. Həşimli isə ombudsman Elmira Süleymanovaya müraciət edib". B.Bayramov bildirib ki, P.Həşimli çox təəssüf edir ki, Mədət Quliyev kimi nüfuzlu bir generalın rəhbərik etdiyi Penitensiar Xidmət öz nüfuzuna xələl gətirən bu cür addımlar atır.

Pərviz Həşimli vəkili Bəhruz Bayramova onu da deyib ki, ona qarşı münasibət dəyişib və ehtiyat edir ki, cibinə və ya yeməyinə narkotik atıla, yaxud mobil telefon qoyula bilər. Ona görə də baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edərək bildirmək istəyir ki, heç bir qanunsuz addım atmaq niyyətində deyil və qaydalara uyğun cəzasını çəkir, odur ki, mümkün təxribatla bağlı bəri başdan hamını xəbərdar etmək istəyir.

Pərviz Həşimli Təvəkkül Qurbanov adlı şəxslə 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıb. Onlara qarşı odlu silahın və döyüş sursatının qaçaqmalçılığı və odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Pərviz Həşimli ittihamları qəbul etmir, T.Qurbanovun MTN-in adamı olduğunu deyərək, onun vasitəsilə şərləndiyini və siyasi sifarişlə, saxta ittihamla həbs edildiyini bəyan edib. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
1266 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber