Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2014

Lavrov Gürcüstan, Moldova və Ukraynanı hədələdi

“Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyi ilə assosiasiya haqqında saziş imzalaması MDB azad ticarət zonası üçün neqativ nəticələrə gətirib çıxararsa, Rusiya Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydaları çərçivəsində qoruyucu tədbirlər görəcək”.

Modern.az rus KİV-nə istinadən xəbər verir ki, bu bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

O bildirib ki, adıçəkilən üç ölkənin Avropa Birliyi ilə imzalamağa hazırlaşdığı sazişin MDB məkanı üçün mənfi nəticələri gözləniləndir. XİN rəhbərinin sözlərinə görə problemin həlli üçün Rusiya istənilən formatda danışıqlara hazırdır və tərəfləri müzakirələrə dəvət edir.

“Moskvanın əsas məqsədi post-sovet məkanındakı ölkələrin Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasının Rusiyaya təsirllərini aydınlaşdırmaqdır. Biz tərəfləri danışıqlara çağırırıq. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Rusiya prezidenti ilə söhbətində belə danışıqların başlanmasına söz vermişdi. Lakin hələ ki, heç nə yoxdur”,-deyə S. Lavrov bildirib.
1255 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:41