Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2014

Göyçaylı ilahiyyatçı Quran dərsinə görə məhkəməyə çağırıldı

Göyçay ilahiyyatçılarından olan hacı Adil Əhmədov Quran dərsi keçdiyinə görə məhkəməyə verilib

Ötən ilin məhərrəmlik ayında Göyçay Əbəlfəzl-Abbas (ə) məscidində dindarlar İmam Hüseynin (ə) şəhadətindən bəhs edən şəbeh göstərdiklərinə görə yerli ruhani Hacı Adil Əhmədovun MTN-ə çağırıldığı, orada ona qarşı kobud və təhqiramiz ifadələr işləndiyi və nizələrdə İmam Hüseynin (ə) və əshabının başlarının getməsini “kukla teatrı” adlandırıldığı məlumat verilib.

Göyçay dindarlarının verdiyi məlumata görə, Hacı Adil Əhmədov Quran dərsi təşkil etdiyinə görə yenidən MTN və polis bölməsinə çağırılıb. Bununla bağlı onun barəsində məhkəməyə müraciət də edilib. Hacı Adil Əhmədovun məhkəmə iclası Göyçay rayon məhkəməsində 27-iyun saat 9:00 da keçiriləcək.

Baş verənlərə görə Göyçay dindarları kəskin narahat olduğundan bir qrup dindar ölkə başçısına müraciət edib./Cenubnews/
1327 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber