Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2014

Azərbaycanda qarpızdan kütləvi zəhərlənmə

Zəhərlənənlər təcili xəstəxanaya çatdırılıblar

Tərtərtdə qarpızdan zəhərlənmə faktı baş verib.

Rayonun Küçərli kəndi ərazisində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 5 nəfər zəhərlənib.

Zəhərlənənlər 52 yaşlı Kərim Əzimov, 30 yaşlı Günay Əzimova, 34 yaşlı Eldəniz Zeynalov, 34 yaşlı Ramil Zeynalov və 51 yaşlı Aybəniz Abdullayeva dərhal Quzanlı qəsəbəsində yerləşən Ağdam MRX-na aparılıb. Xəstələrə tibbi yardım göstərilib.

Ağdam MRX-dan verilən məlumata görə, zəhərlənənlərin vəziyyəti normaldır. Onlar artıq evə buraxılıblar./ans/
1127 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber