Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2014

Əliyevin AŞ PA-dakı aqressivliyi nədən xəbər verir?

«Çıxışı zamanı keçirilən etiraz aksiyası Əliyevə ciddi təsir edib»

«İlham Əliyev ilk dəfədir Qərbin heç bir spekulyasiyanı qəbul etmədiyini duydu»

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi ilə əlaqədar AŞ PA-da çıxış edən İlham Əliyev ona ünvanlanan tənqidləri sərt şəkildə qarşılayıb. Əliyev Azərbaycanda insan haqları və əsas azadlıqların təmin olunduğunu deyib, müxalifəti, həmçinin hüquq müdafiəçisi Leyla Yunusu hədəfə alıb.
Məlum olduğu kimi, Əliyevin çıxışı zamanı zalda etiraz aksiyası keçirilib. Eyni zamanda avropalı deputatlar dövlət başçısına ölkədəki durumla bağlı müxtəlif suallar verib. Bütün bunlar Əliyevin çıxışının daha da sərtləşməsinə müəyyən təsir edib.
Bu arada xatırlatmaq yerinə düşər ki, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Bakıya səfəri zamanı dövlət başçısı nisbətən yumşaq mövqe nümayiş etdirdi. Lakin AŞ PA-dakı çıxışı zamanı nümayiş etdirdiyi sərtlik Ilham Əliyevin ölkədə insan haqları və demokratiya sahəsində müsbətə doğru addımlar atmaq niyyətində olmadığını göstərdi.
Ekspertlər hesab edir ki, Əliyevin çıxışı zamanı keçirilən etiraz aksiyası ona ciddi təsir edib. Bütün hallarda Ilham Əliyev siyasi həyatında qarşılaşmadığı etirazla qarşılaşdı. Onun çıxışının ayrı-ayrı hissələrini təhlil edəndə radikallığın artan sürətlə davam etdiyini görmək olur. Hətta vəziyyət o həddə çatıb ki, Əliyev ingilis deputata cavab verərkən Ingiltərəni saxtakarlıqda ittiham edib. Aydın görünür ki, Ilham Əliyev ilk dəfədir Qərbin heç bir spekulyasiyanı qəbul etmədiyini hiss etdi və bu hərəkətlər ani isterikadan doğan addımlar idi. Bu isə uzun müddət davam edə bilməz. Yaxın vaxtlarda Azərbaycan hökuməti Qərbin nə demək istədiyini daha sadə yolla aydınlaşdırmağa çalışacaq./azadlıq/
1358 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<