Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2013

İnsidentlə bağlı mətbuat konfransı keçirilib

Tale Bağırovun məhkəməsində yaranmış insidentlə bağlı mətbuat konfransı keçirilib

Oktyabrın 28-də Sabunçu rayon Məhkəməsində həbsdə olan ilahiyyatçı Tale Bağırovun işi üzrə keçirilən məhkəmə prosesində məhkəməyə gələnlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında yaranmış insidentlə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, İslamçıların Hüquqlarını Müdafiə Komitəsinin üzvü Emil Rahiloğlu məhkəmənin həyətindən çıxarkən polis əməkdaşları tərəfindən onlara qarşı kobudluq edildiyini söyləyib. E. Rahiloğlu deyib ki, onlar qarşıdurmaya cəhd etməyiblər: “Ədliyyə Nazirliyinin işçiləri bizim məhkəmənin həyətində toplaşmağımıza mane oldular və oranı tərk etməyimizi xahiş etdilər. Biz də buna əməl edərək, məhkəmə həyətindən çıxdıq. Lakin həyətdən çıxarkən mülki geyimli polislər tərəfindən təzyiqə məruz qaldıq və qarşıdurma yarandı”.

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin sədri İlqar İbrahimoğlu isə ictimaiyyəti, qeyri-hökumət təşkilatlarını, siyasi partiyaları baş verən hadisəyə biganə qalmaqda ittiham edib.

Sonda tədbir iştirakçıları adından etiraz bəyanatı qəbul olunub.

Qeyd edək ki, oktyabrın 28-də Sabunçu rayon Məhkəməsində ilahiyyatçı Tale Bağırovun işi üzrə keçirilən məhkəmə prosesində insident yaşanıb. İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin bu barədə yaydığı bəyanatda qeyd olunub ki, məhkəmə prosesinin açıq keçirilməsinə baxmayaraq, məhkəmə zalının və həyətinin tərk edilməsini tələb edən dövlət məmurları ilə məhkəməyə gəlmiş vətəndaşlar arasında problem yaranıb. Hadisə ilə əlaqədar bir neçə şəxs saxlanılıb.

Məsələ ilə bağlı APA-nın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, T. Bağırovun yaxınları və tərəfdarları məhkəmə zalında müxtəlif şüarlar səsləndirməklə məhkəmənin normal işini pozmağa cəhd göstəriblər: “Onlar Ədliyyə Nazirliyi işçiləri və polis əməkdaşlarının intizama dəvət edən qanuni tələblərinə tabe olmayaraq, məhkəmənin həyətində bu hərəkətləri davam etdirib, hərəkət intensivliyi olan küçədə avtomobil yolunu bağlamağa cəhd ediblər. Eyni zamanda həmin şəxslər müəyyən xuliqanlıq hərəkətləri etməklə hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib və bir neçə əməkdaşa xəsarətlər yetiriblər. Qanunazidd əməllərin fəal iştirakçılarından bir neçəsi polis tərəfindən saxlanılıb. Prokurorluq tərəfindən faktla bağlı araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”. /Apa/
1618 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:55
Prokuror