Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2014

Şimali Koreya oktyabrda ABŞ-a müharibə elan edəcək

Şimali Koreya ölkənin lideri Kim Çen Un haqqında çəkilmiş filmə görə ABŞ-ı müharibə ilə təhdid edib.

Kim Çen Un öldürülməsindən bəhs edən film ekranlaşdırılacağı təqdirdə Şimali Koreya ABŞ-ı amansızcasına cəzalandıracağını bildirib.

Şimali Koreyanın Xarici İşlər naziri bildirib ki, film ekrana verildiyi halda müharibə elan olunacaq.

“Bizim liderə sui-qəsd haqqında bir filmin ekranlaşdırılması və satışa çıxarılması bizə qarşı təcavüz və terror aktıdır, əgər ABŞ bu filmin nümayişinə icazə versə, Koreya hökuməti tərəfindən amansız tədbirlər görüləcək”, - deyə nazir bildirib.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen Un haqqında Hollivudun çəkdiyi “İntervyu” adlı filmin oktyabr ayında premyerası olacaq.
1230 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat