Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2014

Almaniya və ABŞ 1/8 finala keçib

Futbol üzrə Braziliyada keçirilən dünya çempionatında G qrupunda son turun görüşləri keçirilib.

G qrupunda 2 almaniyalı baş məşqçinin çalışdığı komanda üz-üzə gəlib. Millimizin çalışdırıcısı Berti Foqtsun müşaviri olduğu Yürgün Klinsmannın işlədiyi ABŞ yığması gözəl oyununu Yöahim Lövün Almaniyası üzərində də göstərməyə çalışıb. Qələbə qazanan tərəf 1/8 finala qrupun qalibi kimi yollanıb. Bu komanda Almaniya olub, Almanlar Müllerin 55-ci dəqiqədə vurduğu yeganə qol sayəsində qrupun qalibi olublar.

Portuqaliya ilə Qana isə nəzəri şansları üçün mübarizə aparıblar. Daha çox top fərqi ilə qalib gələn tərəf 1/8 finala çıxa bilərdi. Portuqaliya bu oyunda qalib gəlib. Amma 2:1 hesablı qələbə Ronaldonun komandasına qrupdan çıxmağa kömək etməyib. Portuqaliyalılar top fərqində ABŞ-a uduzduqlarından, növbəti mərhələyə Şimali Amerika təmsilçisi çıxıb.

G qrupu

ABŞ – Almaniya - 0:1
Qol: Müller, 55

Portuqaliya - Qana - 2:1
Qollar: Boye, 31(avtoqol); Ronaldo, 80 - Qyan, 57
1562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:13