Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2014

İşğalçı İsrail müstəqil kürd dövlətini tanıyacağını açıqladı

Sionist Aviqdor Libermanın açıqlaması Türkiyədə şok effekt yaradıb
İşğalçı İsrail Şimali İraqda qurulacaq müstəqil kürd dövlətini ilk olaraq tanıyacağını açıqlayıb.

İsrailin strateji araşdırma mərkəzləri Şimali İraqda müstəqil kürd dövlətinin yaranmasının qaçılmaz olduğunu bildirib.

İşğalçı İsrail qondarma xarici işlər naziri sionist Aviqdor Liberman ABŞ dövlət katibi Con Kerri ilə onun İraqa etdiyi səfərini müzakirə edərkən bildirib ki, yəhudi dövləti olaraq kürd dövlətini ən qısa zamanda tanıyacaqlar.

Türkiyə mətbuatı Libermanın açıqlamasının arxasında ciddi niyyətini durduğunu iddia edib. Belə ki, İsrail kürdlərdən bölgədəki rəqiblərinə qarşı uzun müddət istifadə etdiyini irəli sürən Türkiyə mətbuatı yəhudi kəşfiyyatının separatçı kürdlərlə sıx əlaqədə olduğunu bildirib.
1344 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP