Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2014

İraqda 70 silahlı öldürüldü

İraqın Beyci şəhərində hökumət qüvvələri əməliyyat keçirib

İraqın Beyci şəhərində hökumət qüvvələri özlərini “İraq və Şam İslam Dövləti” elan edən silahlılara qarşı əməliyyatlar keçirib.

Əməliyyatlar zamanı azı 70 silahlı zərərsizləşdirilib. Bu barədə İraqın hərbi nazirliyi məlumat yayıb.

Bir müddət əvvəl İŞİD silahlıları strateji əhəmiyyətə malik olan şəhəri ələ keçirdiklərini bildirmişdilər. Lakin hökumət rəsmiləri İraqın ən iri neftayırma zavodlarının yerləşdiyi şəhərə hazırda nəzarətin tam şəkildə bərpa olunduğunu açıqlayıb.

İŞİD-in törətdiyi zorakılıqlar fonunda Mosulda daha 20 türkmən öldürülüb. “Xəbərtürk”ün məlumatına görə, İŞİD qüvvələri əl-Kubbə və Şərihan kəndlərinə hücum ediblər. Hücum zamanı 50 nəfər isə qaçırılıb.

İŞİD təşkilatının Mosulu ələ keçirməsi və ümumiyyətlə İraqdakı vəziyyətdən tutmuş Türkiyə ilə Şimali İraq arasındakı neft nəqlinə kimi bir sıra məsələləri Türkiyədə rəsmi səfərdə olan İraq Kürd Regional Administrasiyasının Baş naziri Nəçirvan Bərzani Türkiyə rəhbərliyilə müzakirə edib./ans/
1379 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 08:07