Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2014

"Bu 14 dövlətin sərvətini bu yolla taladıq"

Yəhudi əsilli ABŞ vətəndaşı, məşhur iş adamı Devid Rokfellerin son yüz ilin ən böyük etiraflarının on dördüncü hissəsi Əlcəzair, Çad, Qvatemala, Çili, Braziliya, Dominik, Somali, Panama, El Salvador, Boliviya, Ekvador, Peru, Uruqvay və Anqolada baş verən inqilablarla bağlıdır.

Rokfeller yuxarıda sadalanan ölkələrdə baş verən inqilabların özlərinin planları olduğunu bildirib.

Rokfeller SİA-nın əli ilə dünya ölkələrində siyasi sistemlərin necə dəyişdirilməsindən bəhs edir:

"Əlcəzair dövlətinin başına SİA-nın dəstəyilə 1965-ci ildə keçən Mobutu, Corc Buşun sözləri ilə desək, Afrikadakı ən yaxşı adamımız oldu.

***

Çad hökuməti 1982-ci ildə bir zərbə ilə devrildi və yerinə diktator Hissen Harbe gətirildi. Bu dəyişiklik on minlərlə insanın ölümü ilə nəticələndi.

***

Yəmən 1990-ci ilə qədər iki ayrı dövlət idi və uzun illər bir-birlərilə döyüşdülər. Bizim şirkətlərimiz isə zənginləşməyə davam etdilər.

***

Qvatemalada kommunist rejiminin meydana gəlmək təhlükəsi yarandığı vaxt SİA-nın dəstəyilə bu ölkədə hökumət 1953-cü ildə devrildi və bu günə qədər bizim təyin etdiyimiz hökumət çalışır, ölkə isə qarışıqlıq içərsində olmaqda davam edir.

***

Çilidə general Pinoçet 1973-cü ildə iqtidarı ələ keçirərək illərcə bizim istəklərimiz istiqamətində ölkəni idarə etdi. ABŞ-a köçürdüyü milyardlarla dollarla ölkə iqtisadiyyatı bataqlığa sürükləndi. Ölkə insanları səfalət içində yaşayarkən, bizlər daha zəngin olduq.

***

Braziliya da kommunizmdən qurtarılan ölkələrdən idi. Ölkə rəhbərliyi 1964-cü ildə bir zərbə ilə devrildi, sonra ABŞ-ın Cənubi Amerikadakı ən etibarlı müttəfiqlərindən biri oldu.

***

Dominikan Respublikası da eyni şəkildə 1963-cü ildə bizim istədiyimiz idarəçilərin əlinə keçdi. Ölkənin sərvəti bizlərə qaldı.

***

1990-cı illərdə Kolumbiyada narkotik ilə mübarizə adı altında ölkə rəhbərliyi ələ keçirildi. SİA bu ölkədən gələn narkotik gəlirləri ilə dünyanın müxtəlif ölkələrindəki əməliyyatlarını maliyyələşdirir.

***

Qrenada, Panama, Somali, El Salvador işğal edildi. Sarin, xardal qazı kimi əsəb gərginliyi yaradan qazlar xalq üzərində sınandı. Yüz minlərlə insan öldü və hələ də ölməyə davam edir. Boliviya, Qana, Ekvador, Haiti, Filippin, Peru, Uruqvay, Anqola, Seyşel adaları kimi üçüncü dünya ölkələrində çevrilişlər və qarışıqlıqlar həmişə bizim planlarımızın bir parçası idi".
- See more at: http://axar.az/news/22241#sthash.yxJYs63W.dpuf
1203 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi