Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2013

Rusiyada daha bir azərbaycanlı həbs olundu

Rusiyanın paytaxtı Moskvadakı Kutuzov prospektində həmyerlimiz avtomobil qəzası törədib. Hadisə oktyabrın 29-da axşam saatlarında baş verib.

İstintaq versiyasına əsasən, Ələkbərov Ağəli İslahan oğlu “Volkswagen”lə yüksək sürətlə hərəkətdə ikən əks zolağa uçub. Nəticədə onun avtomobili 2 motosikletlə toqquşub. Motosikletçilərdən 1-i ölüb, digəri isə çoxsaylı sınıqlarla və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Habelə, avtomobildəki sərnişin də güclü xəsarət və zədələr alıb.

Hadisə şahidlərindən olan daha bir motosikletçi qəza yerini fotoqrafının obyektivinə köçürməyə başlayıb. Bu zaman həmyerlimiz onu hədələyib. Sonradan hadisə yerinə İnquşetiya və Dağıstan nömrələri ilə maşınlar gəlib. Avtomobillərdən enən Ələkbərovun dostları fotoaparatdan şəkilləri silmək istərkən, motosikletçi də öz dostlarını çağırıb.

Yalnız polis müdaxiləsindən sonra kütləvi davanın qarşısı alınıb. Həmyerlimiz polis şöbəsinə aparılıb. Ona qarşı “Ehtiyatsızlıqdan insan ölümü ilə nəticələnən yol hərəkəti qaydalarının pozulması” maddəsi ilə cinayət işi açılıb. Günahı sübuta yetirilərsə, A. Ələkbərov 7 ilədək azadlıqdan məhrum ediləcək. (lent.az)
1843 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP