Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2013

Muhəmməd adını dünyada 150 milyon insan daşıyır

İspaniyanın məhşur İBS qəzeti internet-saytında yazır ki, İslam Peyğəmbərinin (s) əziz adından götürülmüş Muhəmməd adı dünyada ən çox yayılmış adlardandır. Bu qəzetin yazdığına görə, hal-hazırda dünyada bu adı daşıyan 150 milyon insan vardır.
Pakistan, Hindistan, Banqladeş kimi ölkələr bu adı qoymaqda ilk cərgədədirlər. Bu ad Türkiyədə Mehmet, Bosniyada Meho, Afrikada Mamadou, Əfqanıstanda Mohəmməd, Azərbaycanda Məmməd formasına gəlmişdir. Bütün bu adların kökündə Muhəmməd adı durur.
İslami olmayan ölkələrdə də bu ad çox yayılmışdır. Məsələn, İngiltərədə ölkədəki ən çox yayılmış adların arasında 6-cı yerdə durur. Fransada təzə doğulmuş körpələrə də bu adı çox qoyurlar. İspaniyada da bu ad çoxdur. Ümumi olaraq deyə bilərik ki, dünyanın hər yerində bu ad çox yayılmışdır. /ABNA/Deyerler
1711 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber