Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2014

Putin Ukraynanın parçalanmasını Qərbin üstünə atdı

Rusiya Federasiyası və Avropa İttifaqı arasında seçim etmək cəhdi Ukraynanın parçalanmasına gətirib çıxarıb.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin etimadnaməsini təsdiq etmə mərasimində Ukrayna ilə əlaqədar məsələnin Rusiyanı narahat etdiyini qeyd edib:

“Ukraynanı Avropa və Rusiya arasında seçim etməyə məcbur edən konstitusiyaya qarşı xaricdən gələn təhrik və cəhdlər Ukrayna cəmiyyətinin parçalanmasına gətirib çıxarıb”.

O, vurğulayıb ki, bunun da ilk qurbanları sülhsevər əhali olub:

“Ölkənin cənub-şərqində qan axır, humanitar fəlakət baş verir, on minlərlə qaçqın sığınacaq axtarır. Öz işlərini görən jurnalistlər belə, öldürülür. Rusiyanın Kiyev səfirliyində və Odessa Baş Konsulluğunda olduğu kimi, burada da bütün beynəlxalq norma və konvensiyalar pozulur, diplomatlarımız hücuma məruz qalırlar”.

Xatırladaq ki, Ukraynanın cənub-şərqində hakimiyyət əleyhinə kütləvi iğtişaşlar 2014-cü il fevral ayının sonundan başlayıb.
1273 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber