Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2014

Kılıçdaroğlu: “İŞİD türk silahlarından istifadə edir”

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kamal Kılıçdaroğlu İraqda vəhabi terror təşkilatı olan “İraq Şam İslam Dövləti” (İŞİD) terrorçularının Türkiyənin bölgəyə göndərdiyi silahlardan istifadə etdiyini açıqlayıb.

K.Kılıçdaroğlu Almaniyanın Köln şəhərində Köln radiosunun “Funkhaus Avropa” proqramına müsahibə verərkən bu sözləri deyib:

“Kədərlə deyə bilərəm ki, İŞİD-in istifadə etdiyi silahların böyük bir qismi Türkiyədən gedən silahlardır. Qonşuda yanğın var, yanğını söndürəcəyimiz yerə benzinlə gedirik. Sonda da bizim insanlar həyatlarını itirdilər. Bu gün Qərb buna şahiddir ki, Türkiyənin Yaxın Şərq siyasəti iflasa uğrayıb”.

Bölgədə Xarici İşlər nazirinin nüfuzunun qalmadığını, hakim partiyanın düzgün siyasət aparmadığını deyən Kılıçdaroğlu bunları da bildirib:

“Baxın, Yaxın Şərqin üç böyük mərkəzi - Misir, İsrail və Suriyada səfirliyimiz yoxdur. Türkiyə Yaxın Şərqdə gücünü itirib. Bu gün bölgədə İranın nüfuzu Türkiyədən çoxdur”.
1411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz
14.01.17, 09:33