Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2014

Abdullah Gül vidalaşdı

Türkiyə prezidentinin iki dəfə eyni sözü deməsi maraqla qarşılanıb

Türkiyənin 10-cu prezidenti Abdullah Gül ötən gün “Çankaya” igamətgahında rəsmi tədbir zamanı “vida” ismarışı verib.

Abdullah Gül ötən gün Mali səfirinin etimad məktubunu qəbul edib. Məlumata görə, ölkə prezidenti Mali səfirini gözləyərkən kameralar tərəfə dönüb və, “Bu bizim son qəbullarımızdır, bilirsiniz” – deyib. Tədbirdən sonra jurnalistlərin suallarına cavab verməyən Gül prezident administrasiyasının baş müşaviri Əhməd Sevər tərəfə dönərək, “Bunlar bizim son qəbullarımız, deyilmi?” – deyib.

Abdullah Gülün iki dəfə eyni sözü deməsi maraqla qarşılanıb və vida ismarışı kimi qəbul olunub.

Abdullah Gülün prezidentlik müddəti bu il avqustun 28-də başa çatır.
1830 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
18.04.18, 10:12
Ucar sakini intihar edib
Go to TOP