Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2014

Məsud Bərzani Kərkükü rəsmi Bağdada qaytarmayacağını elan edib

Səddam Hüseyndən sonra rəsmi Bağdadla kürdlər Kərkükün muxtariyyətə aid edilib edilməməsi barədə ixtilafda idilər və danışıqlar aparırdılar

“On ildir Kərkük məsələsi və bu bölgələrin problemi qarşısında səbr edirik, İraq konstitusiyasının bu bölgələrlə bağlı 140-cı maddəsinin müddəti “Beşmərkə” qüvvələrinin Kəkükə girməsi ilə artıq bitmişdir”.

Bunu Kürdüstan muxtariyyətinin lideri Məsud Bərzani Ərbildə Britaniya xarici işlər naziri Uilyam Heyqlə keçirilən birgə mətbuat konfransında deyib.

Qeyd edək ki, kürdlərin “Beşmərkə” hərbi qüvvələri İraq ordusu qüvvələrinin neft yataqları ilə zəngin olan Kərkükü tərk etdikdən sonra bu şəhərə giriblər və hazırda da İraqın şimalında “DAİŞ” terrorçularına qarşı mübarizə aparırlar.

Bildirək ki, Səddam Hüseyndən sonra rəsmi Bağdadla kürdlər Kərkükün muxtariyyətə aid edilib edilməməsi barədə ixtilafda idilər və danışıqlar aparırdılar.

Ekspertlərin fikrincə, İraqda 17 öncə başlamış qarşıdurmalardan daha çox kürdlər yararlanacaq./SumariyaNews/
1815 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP