Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2014

Ərdoğanın otağından çıxan böcəklər - Foto

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın otağından çıxan dinləmə cihazlarının (böcək) fotoları yayılıb.

Ştepselə yerləşdirilmiş cihazlar mikrofon, simsiz qəbul edici, antenna naqili və qidalandırıcıdan ibarətdir.

Məlumata görə, böcəklərdən biri baş nazirin Ankaranın Keçiören rayonunda yerləşən igamətgahındakı ofisindən, ştepselin içindən çıxıb.

Növbəti cihaz Baş nazirin rəsmi igamətgadında olan iş masasının altındakı ştepselin içində aşkarlanıb.

Qeyd edək ki, ilkin araşdırmalara əsasən cihazların 20 noyabr – 27 dekabr 2011-ci il tarixlərdə yerləşdirildiyi güman olunur.

Ötən həftə faktla bağlı Ərdoğanın təhlükəsizlik xidmətinin rəisi və bəzi əməkdaşları işdən çıxarılmış və onlar barəsində istintaq başladılmışdı.

1378 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP