Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2014

Jurnalistin və daha 9 nəfərin hökmü qüvvədə qaldı

İyunun 27-də dini fəal, jurnalist Nicat Əliyev və daha doqquz şəxsin Bakı Apellyasiya Məhkəməsinə verdiyi şikayət üzrə proses baş çatıb.

Vəkil Yalçın İmanov deyib ki, jurnalist və onunla birgə həbs edilən doqquz nəfərin cəzası qüvvədə qalıb.

Nicat Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 dekabr 2013-cü il hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. O, narkotik vasitə saxlama; müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materialları yayma; hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar; milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması kimi hərəkətlərdə təqsirli bilinib./mediaforum/
1306 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07