Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2014

Dnepropetrovskda Leninin başını yerindən ayırdılar - Fotolar

Dnepropetrovskda, bir vaxtlar proletariatın dahi rəhbəri kimi dünyanı lərzəyə salan Leninin barelyefi kranla yerindən çıxarılıb avtoplatformaya yükləndi.

Ukrayna mediasının xəbərinə görə Milli müdafiə qərargahının rəhbəri Yuri Bereza bildirib ki, biz yad bütləri qorumalı və müdafiə etməli deyilik. Vətənpərvərlər dəfələrlə onu məhv etməyə cəhd göstəriblər. Abidəyə hörmətsizlik edən olmasın deyə demontaj işləri və köçürülmə milisin müşayəti ilə aparılıb.
Abidənin yerində Luqanskda “İl-79” təyyarəsində qəzaya uğrayanların xatirəsini əbədiləşdirmək nəzərdə tutulub və bununla bağlı müsabiqə elan edilib.

Üzərində”Kommunizmin qələbəsi qaçılmazdır” sözləri yazılmış qranit sütunlu barelyefin isə tarix muzeyinə veriləcəyi ehtimal edilir.


1481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP