Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2014

Komputer istifadəçiləri bu xəbəri mütləq oxusun

İnternetdə “Windows 9” adı altında təqdim olunan fayllar təhlükə mənbəyidir. “Windows 9”- un 2015-ci ildən əvvəl istifadəyə verilməsi gözlənilmir, ancaq buna baxmayaraq, saytlarda müxtəlif "Windows 9" distrübitorlarına rast gəlmək mümkündür.

Türkiyə mətbuatı xəbər verir ki, bu faylların gerçək “Windows 9”-la hər hansı bir əlaqəsi yoxdur. “Windows 9” zənn edib yüklədiyiniz proqram, əslində, “Windows 7”-dir. “Windows 9”-un ödənişli, yoxsa ödənişsiz olacağı hələ bilinmir. "Windows 9 Extreme Edition", "Windows 9 Ultimate" və ya "Windows 9 Professional" kimi adlarla qarşınıza çıxan proqramlar, əslində, mövzularla görünüşü dəyişdirilmiş “Windows 7” və ya “Windows 8”-dən başqa bir şey deyil.
İnternetdə rast gəlinən bu saxta “Windows 9”-lar, təcrübəsiz istifadəçiləri asanlıqla aldada biləcək xüsusiyyətdədir. “Microsoft”un ən son əməliyyat sistemlərindən birini istifadə etmək istəyirsinizsə, “Windows 7”, “Windows 8” və ya “Windows 8.1”-dən istifadə edə bilərsiniz.
1332 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21