Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2014

Bakıda 50 yaşlı kişi parkda qətlə yetirilib

Bakıda qətl hadisəsi baş verib. Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün rayon ərazisində yerləşən Ramiz Aboyev adına istirahət parkında qeydə alınıb.

Zərdab rayonunda anadan olan, 1967-ci il təvəllüdlü Şəhriyar Qiyas oğlu Əhədov aralarında yaranan münaqişə zəminində tanışı, 1964-cü il təvəllüdlü Namiq Ağa oğlu Ağayevi bıçaqlayaraq qətlə yetirib.

Polis və prokurorluq orqanlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən Ş. Qiyasov tutulub./apa/
1213 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP