Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2014

Dünya Kubokunda 1/8 final həyəcanı

Bu gün FİFA Dünya Kubokunda 1/8final mərhələsinin ilk oyunları keçiriləcək.

Mərhələnin ilk qarşılaşmaları Braziliya-Çili və Kolumbiya-Uruqvay komandaları arasında baş tutacaq.

İngiltərəli hakim Hovard Vebin idarə edəcəyi Braziliya-Çili matçı Bakı vaxtı ilə 21:00-da baş tutacaq.

Xatırladaq ki, qarşılaşacaq komandalar bu vaxta kimi on üç dəfə üz-üzə gəlib. On üç oyundan on birində Braziliya yığması qalib gəlib. Yalnız iki dəfə oyun heç-heçə bitib. Göründüyü kimi, Braziliyanın aşkar favorit sayıldığı bu qarşılaşmada Çili yığmasının bir dəfə də olsun qalibiyyəti olmayıb.

Gecənin növbəti oyunu Kolumbiya-Uruqvay milliləri arasında baş tutacaq. Rio de Janeyronun Marakana stadionunda keçiriləcək bu qarşılaşmanı Björn Kuipersin başçılığı ilə hollandiyalı hakim heyəti idarə edəcək. Oyun Bakı vaxtı ilə 01:00-da başlayacaq.

Bu komandalar indiyədək on dəfə qarşılaşıb. Yeddi dəfə Uruqvay millisi, iki dəfə Kolumbiya millisi meydanı qalib tərk edib. Bir qarşılaşma isə heç-heçə bitib.

A qrupunda Braziliya və Meksika, B qrupunda Hollandiya və Çili, C qrupunda Kolumbiya və Yunanıstan, D qrupunda Kosta Rika və Uruqvay, E qrupunda Fransa və İsveçrə, F qrupunda Argentina və Nigeriya, G qrupunda Almaniya və ABŞ, H qrupunda isə Belçika və Əlcəzair 1/8 final mərhələsinə çıxıb.

Onu da qeyd edək ki, Dünya Kuboku 1/8 final qarşılaşmalarından sonra 4-5 iyulda 1/4 final, 8-9 iyulda 1/2 final, 12-13 iyulda üçüncülük və final oyunlarıyla sona çatacaq.
1327 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:41