Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2014

Futbolda inqilab – Məşqçilər videotəkrar tələb edə biləcəklər

Braziliyada keçirilən dünya çempionatında FİFA-nın qolun qeydə alınması ilə bağlı tətbiq etdiyi texnologiya uğurlu alındı.

FİFA bu yöndə islahatları davam etdirmək niyyətindədi. FİFA videotəkrarın tətbiqinə hazırlaşır. Bu barədə qurumun prezidenti Yozef Blatter deyib. O, UEFA prezidenti Mişel Platini ilə danışıqlar aparıb və yeni texnologiyanın Avropa-2016-da da tətbiq olunacağını bildirib.
Blatter həmçinin qeyd edib ki, futbol oyunlarının ədalətli olması üçün hakimlər mübahisəli epizodun videotəkrarına baxa biləcək.
Hakimlər bu addımı baş məşqçilərin tələbi ilə atacaq. Hər bir məşqçinin bir hissə ərzində hakimdən 2 dəfə videotəkrara baxmağı tələb etmək hüququ olacaq.
1173 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber